13:46
Xocavənd şəhərinə növbəti köç prosesi gerçəkləşib, yola salınan ailələr öz yurdlarına qovuşublar.
Bu mərhələdə şəhərə 206 nəfərdən ibarət 57 ailə köçürülüb. Ailələrə yeni mənzillərin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində əhalinin mərhələli şəkildə köçürülməsi davam etdirilir.
***
12:53
Növbəti köç karvanı Ağdam şəhərinə çatıb.
Sakinlərin qarşılanma mərasimi keçirilib.
Sonra ailələrə yeni mənzillərinin açarları təqdim olunub.


41 ailə olmaqla 156 nəfər Ağdam sakini doğma yurduna qovuşub. Ağdama köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.
Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.
Doğma yurda qayıdışın sevincini yaşayan Ağdam şəhər sakinləri açarları təhvil alıb, yeni mənzillərində məskunlaşıblar.
Qeyd edək ki, bu mərhələdə Ağdam şəhərinə 156 nəfərdən ibarət 41 ailə köçüb.
***
08:05
Xocavənd rayonunun Ağdam və Xocavənd şəhərlərinə növbəti köç karvanı yola salınıb.
Bu mərhələdə Ağdam şəhərinə 41 ailə (156 nəfər), Xocavənd şəhərinə isə 57 ailə (206 nəfər) köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1066 nəfər (270 ailə)
Kolatağ - 120 nəfər (33 ailə)
Vəngli - 546 nəfər (139 ailə)
Aşağı Oratağ - 446 nəfər (96 ailə)
Çapar- 141 nəfər (39 ailə)
Heyvalı - 205 nəfər (46 ailə)
Çıldıran - 112 nəfər (28 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Xocalı rayonu
Xocalı - 631 nəfər (141 ailə)
Ballıca - 1034 nəfər (232 ailə)
Təzəbinə - 661 nəfər (149 ailə)
Xanyurdu - 470 nəfər (130 ailə)
Şuşakənd - 423 nəfər (111 ailə)
Badara - 325 nəfər (89 ailə)
Seyidbəyli - 254 nəfər (70 ailə)
Daşbulaq - 113 nəfər (27 ailə)Xanabad - 46 nəfər (10 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 1222 nəfər (300 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 1958 nəfər (536 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1129 nəfər (269 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Xocavənd - 884 nəfər (415 ailə)
Hadrut - 229 nəfər (56 ailə)
Qırmızı Bazar - 823 nəfər (195 ailə)
Sos - 360 nəfər (85 ailə)
Xanoba - 174 nəfər (38 ailə)
Xocavənd - 165 nəfər (63 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 680 nəfər (162 ailə)
Xankəndi
Xankəndi şəhəri - 162 nəfər (36 ailə)
Kərkicahan - 140 nəfər (35 ailə)
Cəmi: 31 525 nəfər
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 80 mindən çox insan yaşayır.
4 dəqiqə