XƏBƏRLƏR / Qayıdış

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb

DİN xəbər verir

Xankəndidə tapança, avtomat və qumbaralar tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Polis əməkdaşlar Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 19-da Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tapança, 2 tüfəng, 6 qumbara, 5 alışdırıcı, 33 patron darağı, 1348 ədəd müxtəlif çaplı patron, 2 ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.