Azad edilmiş ərazilərdə elektrik enerjisi istehsalı artır
Bu barədə “Azərenerji” ASC-dən xəbər verilib
2020-2023-cü illərdə “Azərenerji” ASC-nin işğaldan azad edilmiş ərazilərində yenidən qurulan və bərpa olunan 11 Kiçik Su Elektrik Stansiyasında (KSES) ümumilikdə 110 milyon kilovatsaat elektrik enerjisi istehsal edilib.
Bu barədə Səhmdar Cəmiyyətin Kəlbəcərdə təşkil etdiyi mediaatur zamanı məlumat verilib.
Qeyd olunur ki, əsasən Kəlbəcər və Laçın rayonlarının çaylarında yerləşən ümumi gücü 53 meqavat olan 11 KSES ölkənin digər bölgələrindəki ümumi gücü 74 meqavat olan 13 KSES-dən iki dəfə çox məhsuldardır.