XƏBƏRLƏR / Qayıdış

Şuşada Vaqif Poeziya Günləri başlayır FOTO

Gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək

Şuşada Vaqif Poeziya Günləri başlayır FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gündən Şuşada Vaqif Poeziya Günləri başlayır.

    Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə iyulun 14-ü və 15-də Şuşada keçiriləcək poeziya günlərinin qonaqları artıq mədəniyyət paytaxtına toplaşıb.

    Qonaqlar ilk əvvəl Şuşada bərpa edilmiş bir sıra dini və tarixi-mədəni abidələrimizi ziyarət edəcək.

    Günün ikinci yarısında isə Vaqif Poeziya Günlərinin açılış tədbiri olacaq.

    Daha sonra gecə saatlarınadək poeziya, konsert proqramları təqdim ediləcək.