Şərqi Zəngəzurda yenidənqurma işləri davam edir

“Azərişıq” ASC xəbər verir

  • Oxuma müddəti:

    1 dəqiqə

  • Prezident İlham Əliyevin tapşırıqlarına əsasən “Azərişıq” ASC işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzurun bütün ərazilərində yenidənqurma işlərini davam etdirir. O cümlədən, Qubadlı, Zəngilan və Cəbrayıl rayonları ərazisində hazırda bir neçə istiqamətdə işlər fasiləsiz olaraq aparılır. 

    Zəngilan rayonunun Ağbənd qəsəbəsindən Bartaz yüksəkliyi istiqamətində 35 kV-luq izolyasiyalı xəttin çəkilişinə start verilib. 

     Qubadlı rayonu ərazisində də bir neçə istiqamətdə yenidənqurma işləri davam edir. 110/35/10 kV-luq Qubadlı yarımstansiyasından çıxan Fərcan xəttinin yeni dayaqları basdırılır. Sarılı Xəştab kəndi istiqamətində də yeni 35 kV-luq xəttin metal dayaqlarının basdırılması işləri davam etdirilir. Həmçinin, Uzumculuk deyilən ərazi və Güləbirt istiqamətlərində də işlər aparılır.

     İki dövrəli Cəbrayıl-Horovlu 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən kabel hava xəttinin layihə üzrə nəzərdə tutulan dayaqlarının əksəriyyəti əkilib, işlər davam edir. Həmçinin, yenidənqurma işləri çərçivəsində iki dövrəli 35 kV-luq ÖİN-3-lə (Özünüdaşıyan İzolyasiyalı Naqil) çəkilən Şükürbəyli xəttinin davamı olaraq Xudafərin xəttinin dayaqlarının basdırılması işləri aparılır.  

    “Azərişıq” ASC Prezident İlham Əliyevin göstərişləri əsasında  işğaldan azad olunmuş ərazilərimizdə, həmçinin, bütün digər regionlarda enerji təsərrüfatının yenidən qurulması istiqamətində işləri uğurla və zamanında yerinə yetirməkdə davam edir.