Özbəkistanın Füzulidə tikdiyi məktəbdə 500 şagird oxuyacaq
Bu barədə Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbin direktoru Həcər Mahmudova məlumat verib.
İşğaldan azad edilmiş Füzulidəki məktəbdə şagirdlərin sayı 500 nəfərə çatdırılacaq
İşğaldan azad edilmiş Füzuli şəhərində yeni istifadəyə verilən məktəbdə dərs ilinin sonuna kimi şagirdlərin sayı 500-ə çatdırılacaq.
Bu barədə Füzulidə Mirzə Uluqbəy adına 1 saylı tam orta məktəbin direktoru Həcər Mahmudova məlumat verib.
Direktorun sözlərinə görə, məktəbin mövcud olduğu 3 ayda artıq 290 şagird qəbul olunub: “Füzuliyə qayıdış davam edir və gözləyirik ki, tədris ilinin sonuna kimi təhsil ocağında şagirdlərin sayı 500 nəfərədək artacaq.”
Avqustun 23-də Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroathon Mirziyoyeva Özbəkistan tərəfindən Füzulidə inşa edilmiş Mirzə Uluqbek adına 1 nömrəli tam orta məktəbin açılışında iştirak ediblər.