14:51
İşğaldan azad olunan Xocavəndin Quzeyxırman kəndinə bu gün növbəti köç reallaşıb. Kəndə çatan ailələrə evlərinin açarları təqdim olunub.

Köçən ailələr qarşılandıqdan sonra onlara ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Ailələrə tanımadıqları naməlum əşya və cisimlərdən uzaq durmaları, belə hallarla qarşılaşdıqları təqdirdə isə aidiyyəti qurumlara məlumat vermələri tövsiyə olunub.
Açarların təqdim olunması mərasimində Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Ailələr açarları sevinclə qəbul edərək, evlərində məskunlaşıblar.
Öz yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər, azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar.
Qeyd edək ki, bu mərhələdə Quzeyxırman kəndinə 8 ailə olmaqla 34 nəfər köçürülüb. Onlar respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, düşərgə, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
14:08
Ağdam şəhərinə növbəti köç karvanı ilə gələn ailələrə yeni mənzillərin açarları təqdim edilib.
Bu mərhələdə şəhərə 70 ailə olmaqla, ümumilikdə, 238 nəfər köçürülüb. Doğma yurda dönən sakinlər indiyədək respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmışdılar.
Ağdamda qarşılanan ailələrə əvvəlcə ANAMA-nın əməkdaşları tərəfindən mina və partlamamış hərbi sursatların yaratdığı təhlükələr barədə ətraflı məlumat verilib. Sakinlərə tanımadıqları naməlum əşya və cisimlərə toxunmamaq, onlardan uzaq durmaq, belə hallarla qarşılaşdıqda isə dərhal aidiyyəti qurumlara məlumat vermək tövsiyə olunub.
Sonra ailələrə yeni mənzillərinin açarları təqdim olunub. Tədbirdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin əməkdaşları və digər rəsmi şəxslər iştirak ediblər.
Çıxışlarda doğma yurdlarına qayıdan sakinlər təbrik olunub, onlara yeni yaşayış yerlərində xoş günlər və firavan həyat arzulanıb.
Doğma yurdlarına qayıdan sakinlər onlara göstərilən dövlət qayğısından, yeni mənzillərdə yaradılan şəraitdən razılıqlarını ifadə edərək, bu şəraitə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsini ehtiramla yad edib, qazilərə cansağlığı və uzun ömür arzulayıblar.
***
13:14
“Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Oktyabrın 30-da Ağdam şəhərinə yola düşən növbəti köç karvanı ünvana çatıb.
Bu mərhələdə 70 ailə olmaqla, 238 keçmiş məcburi köçkün doğma yurda - Ağdam şəhərinə qovuşub.

Ağdam şəhərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
07:05
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Bu mərhələdə Ağdam şəhərinə 70 ailə - 238 nəfər, Xocavənd rayonunun Quzeyxırman kəndinə isə 8 ailə - 34 nəfər köçürülüb.

Ağdam şəhərinə və Xocavənd rayonunun Quzeyxırman kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Erməni işğalından azad edilmiş ərazilərə qayıdanların ümumi sayı:
Laçın rayonu
Laçın - 2245 nəfər (607 ailə)
Bəylik - 316 nəfər (79 ailə)
Zabux - 823 nəfər (217 ailə)
Sus - 215 nəfər (59 ailə)
Füzuli rayonu
Füzuli - 3136 nəfər (823 ailə)
Zəngilan rayonu
Zəngilan şəhəri - 261 nəfər (65 ailə)
Ağalı - 981 nəfər (216 ailə)
Məmmədbəyli - 856 nəfər (168 ailə)
Ağdərə rayonu
Suqovuşan - 591 nəfər (180 ailə)
Talış - 90 nəfər (20 ailə)
Həsənriz - 1157 nəfər (295 ailə)
Kolatağ - 175 nəfər (48 ailə)
Vəngli - 613 nəfər (154 ailə)
Aşağı Oratağ - 603 nəfər (126 ailə)
Çapar - 203 nəfər (58 ailə)
Heyvalı - 205 nəfər (46 ailə)
Çıldıran - 165 nəfər (41 ailə)
Şuşa rayonu
Şuşa - 1396 nəfər (371 ailə)
Böyük Qaladərəsi - 78 nəfər (17 ailə)
Kiçik Qaladərəsi - 90 nəfər (26 ailə)
Xocalı rayonu
Xocalı - 709 nəfər (158 ailə)
Ballıca - 1075 nəfər (242 ailə)
Təzəbinə - 862 nəfər (189 ailə)
Xanyurdu - 525 nəfər (144 ailə)
Şuşakənd - 423 nəfər (111 ailə)
Badara - 400 nəfər (130 ailə)
Seyidbəyli - 259 nəfər (71 ailə)
Daşbulaq - 133 nəfər (33 ailə)
Xanabad - 156 nəfər (41 ailə)
Cəbrayıl rayonu
Cəbrayıl 2866 nəfər (659 ailə)
Horovlu - 1234 nəfər (303 ailə)
Şükürbəyli - 2204 nəfər (473 ailə)
Ağdam rayonu
Ağdam şəhəri - 2975 nəfər (833 ailə)
Sarıcalı - 771 nəfər (185 ailə)
Kəngərli - 1649 nəfər (388 ailə)
Xıdırlı - 2471 nəfər (623 ailə)
Xocavənd rayonu
Xocavənd - 1495 nəfər (567 ailə)
Hadrut - 261 nəfər (64 ailə)
Qırmızı Bazar - 984 nəfər (231 ailə)
Sos - 360 nəfər (85 ailə)
Xanoba - 174 nəfər (38 ailə)
Xocavənd - 202 nəfər (74 ailə)
Quzeyxırman - 305 nəfər (68 ailə)
Güneyxırman - 175 nəfər (39 ailə)
Kəlbəcər rayonu
Kəlbəcər - 680 nəfər (162 ailə)
Xankəndi
Xankəndi şəhəri - 345 nəfər (79 ailə)
Kərkicahan - 232 nəfər (56 ailə)
Cəmi: 38 385 nəfər
Hazırda Qarabağ və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, həmçinin təhsil alan tələbələr də daxil olmaqla, ümumilikdə, 100 minə yaxın insan yaşayır.
7 dəqiqə