XƏBƏRLƏR / Qayıdış

Ağdamda 210 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası tikilir

Xəstəxana ən müasir tibbi avadanlıqla təchiz ediləcək FOTO

Ağdamda 210 çarpayılıq Rayon Mərkəzi Xəstəxanası tikilir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdamda 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının tikintisi davam etdirilir.

    Xəstəxana kompleksi 4 mərtəbəli əsas korpusdan, yoluxucu xəstəliklər və hemodializ korpuslarından, Gigiyena və Epidemiologiya Mərkəzi, Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyi, təcili tibbi yardım stansiyasından ibarət olacaq.

    Tibb müəssisəsində qəbul, terapevtik, kardioloji, cərrahi, travmatoloji, oftalmoloji, otolarinqoloji, uşaq, doğum, ginekoloji, yoluxucu xəstəliklər, anesteziologiya və reanimasiya şöbələri, ürək-damar cərrahiyyəsi, hemodializ şöbələri və əməliyyat bölməsi fəaliyyət göstərəcək.

    Ambulator hissə konsultativ və uşaq poliklinikaları, radiasiya, funksional diaqnostika, fizioterapiya və tibbi reabilitasiya şöbələri, klinik diaqnostika laboratoriyası və aptekdən ibarət olacaq.

    Xəstəxana ən müasir tibbi avadanlıqla təchiz ediləcək.