Ağdamda döyüş sursatları tapılıb
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupu xəbər verir
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində döyüş sursatları tapılıb.
Azərbaycanın daxili işlər orqanlarının əməkdaşları işğaldan azad edilmiş ərazilərdə tərk edilmiş mövqelərdən sursatların toplanması istiqamətində tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam RPŞ əməkdaşlarının rayonun Çullu kəndi ərazisində keçirdikləri tədbirlər nəticəsində 2 minaatan, 7 pulemyot, 4 avtomat, çoxlu sayda müxtəlif çaplı patron və digər döyüş sursatları aşkar edilərək təyinat yerinə təhvil verilib.