Ağdamda I Qarabağ müharibəsinin şəhidi dəfn edilib
Məmməd Hüseyn oğlu Mirzəyev 1992-ci ildə Xocavənd rayonunun Qaradağlı kəndində itkin düşüb

Qalıqları aşkar edilən Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan şəhid Məmməd Hüseyn oğlu Mirzəyevin nəşi Ağdam rayonuna gətirilib.
Şəhidin nəşi Ağdam rayonunun “Dördyol-2” qəsəbəsində ailəsinə təhvil verilib.
Qeyd edək ki, Məmməd Hüseyn oğlu Mirzəyev 1967-ci il noyabrın 5-də anadan olub. O, 1992-ci il fevralın 17-də Xocavənd rayonunun Qaradağlı kəndində itkin düşüb.
M.Mirzəyev Quzanlı qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.
Şəhidin meyitinin qalıqları Vətən müharibəsindən sonra Qaradağlı kəndi ərazisində aşkar edilib.