XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olunub

Bu barədə “Anadolu” məlumat yayıb

Azərbaycanın 26 vətəndaşı Sudandan təxliyə olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sudandakı 26 Azərbaycan vətəndaşı Türkiyənin dəstəyi ilə təxliyə olunub.

    Bu barədə “Anadolu” məlumat yayıb.

    Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, indiyə kimi Türkiyə Sudandan 2061 nəfəri təxliyə edib. Onlardan 1763-ü Türkiyə, 298-i 22 fərqli ölkənin vətəndaşıdırlar. Onlardan 26-sı isə Azərbaycan vətəndaşlarıdır.

    Xatırladaq ki, aprelin 15-də Sudanda Çevik Dəstək Qüvvələri (ÇDQ) ilə ordu arasında toqquşma başlayıb. Hadisə nəticəsində 500-ə yaxın adam ölüb.