XƏBƏRLƏR / İctimaiyyət

Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası başa çatıb

Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib YENİLƏNİR

Aşura günü ilə bağlı könüllü qanvermə aksiyası başa çatıb
  • Oxuma müddəti:

    2 dəqiqə

  • 16:27

    Aşura günü ilə bağlı Azərbaycanda keçirilən könüllü qanvermə aksiyası başa çatıb.

    Səhiyyə Nazirliyindən verilən xəbərə görə, Aşura Günü münasibətilə təşkil olunan qanvermə aksiyalarında ümumilikdə 2821 nəfər könüllü donor iştirak edib.

    Donorlardan toplanan qanın ümumi həcmi 1269.45 litr olub.

    Hər il keçirilən bu humanitar aksiya qana ehtiyacı olan xəstələrin müalicəsinə mühüm töhfə verməklə yanaşı, cəmiyyətdə könüllü donorluq ənənələrinin təşviqinə də xidmət edir.

    ***

    12:17


    Saat 12:00-a olan ilkin göstəricilərə əsasən, 1 701 nəfər könüllü donor qan verib.

    Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

    Toplanmış qanın həcmi isə 765,45 litr təşkil edib.

    ***

    11:06

    Səhiyyə Nazirliyi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşəbbüsü ilə təşkil olunan aksiyanın əsas məqsədi qana ehtiyacı olan xəstələrin müalicəsi üçün qan ehtiyatının artırılmasına dəstək verməkdir. ÜNVANLAR

    Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

    Qeyd edilib ki, iyununun 25-də səhər saatlarından etibarən ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən qanvermə məntəqələrində vətəndaşlar aksiyaya böyük maraq göstərirlər.

    Saat 10:00-a olan ilkin göstəricilərə əsasən, 501 nəfər könüllü donor qan verib. Nəticədə ümumilikdə 225.45 litr qan toplanıb.

    Bu il qanvermə aksiyası respublikanın 30 şəhər və rayonunda yerləşən 40 məntəqədə təşkil olunub. Məntəqələrin 24-ü məscid və ziyarətgahlarda, 15-i tibb, 1-i isə təhsil müəssisəsində fəaliyyət göstərir.

    Səhər saat 08:00-da start götürən aksiya gün ərzində davam edəcək.