Oruc Zalov təqaüdə göndərildi
O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Oruc Zalov vəzifəsindən kənarlaşdırılıb.O, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar olaraq təqaüdə göndərilib. Məlumata görə, O.Zalovun yerinə Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəisi, polis general-mayoru Oqtay Kərimov təyinat alıb.
Qeyd edək ki, Oruc Zalov 1998-ci ildən daxili işlər nazirinin müavini vəzifəsində çalışıb. O, bir neçə gün əvvəl Prezident İlham Əliyev tərəfindən 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.