DİN çağırış etdi: Təcili Yardıma yol ver! VİDEO

"Təcili Tibbi Yardıma yol verməklə sən dəqiqələr itirmirsən, illər bağışlayırsan!”

  • Oxuma müddəti:

    0 dəqiqə

  • Paytaxt yollarında bəzi sürücülər tərəfindən Təcili Tibbi Yardım avtomobillərinə yol verilməməsi halları müşahidə edilməkdədir.

    Daxili İşlər Nazirliyindən verilən məlumata görə həkim briqadalarının tibbi yardıma ehtiyacı olan şəxslərin ünvanlarına vaxtında çatmasına və xəstələrin tibb müəssisələrinə aparılmasında gecikmələr baş verir.

    DİN "Təcili Tibbi Yardıma yol verməklə sən dəqiqələr itirmirsən, illər bağışlayırsan!” şüarı ilə maarifləndirici sosial çarx hazırlayıb, sürücülərə çağırış edib.