XƏBƏRLƏR / İctimaiyyət

Bakı meri Eldar Əzizovun leysanlarla bağlı qəribə təklifi

Mer vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa çalışdığını deyir

Bakı meri Eldar Əzizovun leysanlarla bağlı qəribə təklifi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Güclü yağıntılarda təhlükəni minimuma endirmək məqsədilə Bakı meri Eldar Əzizov müvəqqəti tədbir kimi leysanlar zamanı tunellərə və körpüaltı keçidlərə nəqliyyat vasitələrinin girişinə məhdudiyyət qoyulmasını təklif edib.

    Onun sözlərinə görə, bu addım xüsusilə nəqliyyat infrastrukturunun həssas hissələrində vətəndaşların həyatına və əmlakına olan təhlükəni müəyyən dərəcədə azaltmağa xidmət edə bilər.

    “Şəhər öz inkişafının yeni mərhələsinə qədəm qoyur və bu prosesin əsas tərkib hissələrindən biri də yağış və kanalizasiya sistemlərinin modernləşdirilməsidir. Bu baxımdan obyektiv desək, hazırda bu kimi halların təkrar yaşanmasından sığortalanmamışıq”.