Bu gün Əfv Komissiyası 100-dən çox müraciətə baxıb
Bunu komissiyanın üzvü Əliməmməd Nuriyev deyib
Bu gün Əfv komissiyasnın növbəti iclası keçirilib. Bu günkü iclasda 100-dən artıq müraciətə baxılıb. Bunu komissiyanın üzvü Əliməmməd Nuriyev deyib. O, bildirib ki, bu günə qədər 1 000-dən çox müraciətə baxılıb. Qeyd edək ki, əfv fərmanı mayın 10-da, ümummilli lider Heydər Əliyevin doğum günündə olacaq.