XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda 230 minə yaxın işsiz var

Bu barədə Dövlət Statistika Komitəsinin hesabatında bildirilib

Azərbaycanda 230 minə yaxın işsiz var
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Cari il iyun ayının 1-i vəziyyətinə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarında qeydiyyata alınmış işsiz şəxslərin sayı 229,9 min nəfər olub.

    Bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatında bildirilib.

    Qeyd olunub ki, onların 48,9 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta aylıq məbləği 435 manat olub.