XƏBƏRLƏR / İctimaiyyət

Əcnəbilər Astaradan keçərək İrandan təxliyə olunur

Təxliyə olunanlar arasında Portuqaliya, Filippin və Finlandiya vətəndaşları da var

Əcnəbilər Astaradan keçərək İrandan təxliyə olunur
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İranda yaranmış böhranlı vəziyyət səbəbindən bu ölkəni tərk etmək məcburiyyətində qalan əcnəbi vətəndaşların Azərbaycandan keçməklə öz ölkələrinə yola salınması prosesi davam edir.

    Bir neçə gün ərzində təxliyə olunan Qazaxıstan, Qırğızıstan, Rusiya Federasiyası vətəndaşlarından sonra bu dəqiqələrdə Portuqaliya, Filippin, Finlandiya və digər ölkələrdən olan şəxslər də Astara dövlət sərhədindən buraxılış məntəqəsini keçib.

    Qeyd edək ki, gömrük prosedurlarından sonra onlar avtobuslarla H. Əliyev hava limanına yola salınır.

    ***

    21:12

    Rusiya Federasiyasının İran İslam Respublikası ərazisində neft sektorunda çalışan əməkdaşları və onların ailə üzvlərindən ibarət böyük qrupu “Astara” dövlət sərhədindən buraxılış məntəqəsinə çatıb.

    Burada onların rahatlığı və səhhətində hər hansı problemi müşahidə olanlar üçün tibb heyəti hazır vəziyyətdə gözləyir.

    Qeyd edək ki, iyunun 15-də Rusiyanın P.Çaykovski adına Böyük Simfonik Orkestrinin 51 nəfərlik heyətinin İrandan Azərbaycana təxliyəsi başa çatıb.