XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda gələn il yaşayış minimumu 300 manat olacaq

Bu, 2025-ci illə müqayisədə 15 manat çoxdur

Azərbaycanda gələn il yaşayış minimumu 300 manat olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • 2026-cı ildə Azərbaycanda yaşayış minimumu və ehtiyac meyarının 300 manat olması nəzərdə tutulur.

    Bu barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib.

    Onun sözlərinə görə, bu, 2025-ci illə müqayisədə 15 manat və yaxud 5,3 % çoxdur.