XƏBƏRLƏR / İctimaiyyət

Azərbaycanda nikahlar artıb

Boşanmaların sayı azalıb

Azərbaycanda nikahlar artıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu ilin ilk dörd ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 14 min 953 nikah və 6 min 784 boşanma halları qeydə alınıb.

    Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

    Bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,1-dən 4,4-ə qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb.