XƏBƏRLƏR / İctimaiyyət

Sabah I Qarabağ müharibəsinin bir itkin-şəhidi dəfn olunacaq

Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb

Sabah I Qarabağ müharibəsinin bir itkin-şəhidi dəfn olunacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha bir şəhid dəfn olunacaq.

    Bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

    İtkin-şəhid mülki şəxs Əsəddin Novruzov Curu oğludur.

    Onun nəşinin qalıqları sabah saat 14.00-da Mingəçevir şəhəri Şəhidlər xiyabanında dəfn olunacaq.