XƏBƏRLƏR / İctimaiyyət

Ağdərənin Sırxavənd kəndində sümük qalıqları aşkarlanıb

YENİLƏNİB

Ağdərənin Sırxavənd kəndində sümük qalıqları aşkarlanıb
Arxiv
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Mayın 25-də Ağdam rayonu, Sırxavənd kəndi ərazisində insana məxsus olması ehtimal edilən sümük fraqmentlərinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən kriminalist və ekspertin iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aşkar olunmuş sümük qalıqları ekspertiza və laborator müayinələrin aparılması məqsədilə müvafiq qaydada götürülüb, eləcə də digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

    Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

    ***

    09:28

    Ağdam rayonunun Sırxavənd kəndi ərazisində skelet qalıqları aşkar edilib.

    Sümüklər tapılan əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.