XƏBƏRLƏR / İctimaiyyət

Ağdamda qazıntı işləri zamanı skelet qalıqları tapılıb

Tapıntı Baş Qərvənd kəndində aşkar edilib

Ağdamda qazıntı işləri zamanı skelet qalıqları tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ağdamda aparılan qazıntılar zamanı insan skeletinə bənzər qalıqlar aşkar edilib.

    Tapıntı Ağdam rayonunun Baş Qərvənd kəndində edilib. Skelet qalıqları qazıntı işləri zamanı aşkar edilib.

    Müvafiq orqanlar əraziyə göndərilib.

    Sümüklərin mənşəyini və mümkün kimliyini müəyyən etmək üçün ekspertiza təyin edilib.

    İstintaq davam edir.