Parisdə futbol qələbəsi iğtişaşlarla müşayiət olunub
İğtişaşlar zamanı 780 nəfərin saxlanıldığı bildirilir YENİLƏNİB
16:27
PSJ-nin UEFA Çempionlar Liqasının finalında “Arsenal”ı penaltilər seriyasında məğlub etməsindən sonra Fransada kütləvi iğtişaşlar baş verib.
"Sky News"un məlumatına görə, Fransa daxili işlər naziri Laurent Nunez ölkə üzrə 780 nəfərin saxlanıldığını açıqlayıb. Onlardan 480 nəfəri Parisdə saxlanılıb. Hadisələr zamanı 57 polis əməkdaşı yaralanıb.
Məlumata əsasən, PSJ azarkeşlərinin qələbə sevinci bəzi şəhərlərdə qarşıdurmalarla müşayiət olunub. Avtomobillər yandırılıb, mağazalara ziyan vurulub, polisə qarşı müqavimət göstərilib.
Fransa polisi Parisdə təhlükəsizlik tədbirlərini gücləndirib. Paytaxtda asayişin qorunması üçün 5 780 polis və jandarm, həmçinin 2 500 yanğınsöndürən səfərbər edilib.
Qeyd edək ki, PSJ finalda “Arsenal”ı penaltilərlə məğlub edərək Çempionlar Liqasının qalibi olub.
***
11:15
Paris Saint-Germain komandasının ardıcıl ikinci dəfə Çempionlar Liqasını qazanmasından sonra Parisdə genişmiqyaslı iğtişaşlar baş verdi. İdman azarkeşləri maşınları yandırıb, avtobus dayanacaqlarını dağıdıblar. Küçələrdə partlayışlar və silah səsləri eşidilib.

Le Figaro qəzetinin məlumatına görə, yüzlərlə azarkeş Paris dairəvi yolunu bağlayıb. Polis güc tətbiq edərək cavab verib. Fransa daxili işlər naziri Loran Nunyes iğtişaşlar zamanı 416 nəfərin saxlanıldığını bildirib. Yeddi polis əməkdaşı yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.
Fransız klubu finalda Londonun Arsenal komandasını penaltilərlə məğlub edib. Matç əsas vaxt və əlavə vaxtdan sonra 1-1 hesablı heç-heçə ilə başa çatıb. Arsenalın hücumçusu Kai Havertz altıncı dəqiqədə hesabı açıb. PSJ ikinci hissədə özünə gəlib, 65-ci dəqiqədə Usman Dembele penaltidən dəqiq zərbə endirib. Penaltilər seriyasında PSJ beş qoldan dördünü vurub, Arsenal isə iki qol buraxıb.
2 dəqiqə