XƏBƏRLƏR / İctimaiyyət

Şirvanda silah-sursat tapılıb

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun məlumatı

Şirvanda silah-sursat tapılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Şirvan Şəhər Polis Şöbəsinə şəhər ərazisində müxtəlif növ silah-sursat tapılması barədə məlumat daxil olub.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən hadisə yerinə keçirilən baxış zamanı oradan 1 ədəd avtomat, 1 ədəd daraq və 26 ədəd patron aşkarlanaraq götürülüb.

    Həmçinin, şöbə əməkdaşları tərəfindən qanunsuz saxlanılan silahların aşkarlanaraq götürülməsi və könüllü təhvil verilməsi istiqamətində aparılan profilaktiki tədbirlər nəticəsində 2 nəfər şəhər sakini qanunsuz olaraq saxladıqları odlu silahları könüllü olaraq polis əməkdaşlarına təhvil veriblər.

    Faktlarla bağlı araşdırmalar aparılır.