Şəhid ailələrinə edilən güzəştlərdə dəyişiklik edilib
Bu barədə müvafiq qərarı Baş nazir Əli ƏSədov imzalayıb
“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nda dəyişiklik edilib.
Bu barədə müvafiq qərarı Baş nazir Əli ƏSədov imzalayıb.
Sənədə əsasən, yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəhid ailəsinin üzvü vəfat etdiyi, habelə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış şəxsə sonradan şəhid statusu verildiyi halda, həmin uçot onun ailə üzvləri üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunmuş qaydada saxlanılır.