XƏBƏRLƏR / İctimaiyyət

37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib

Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib

37 nəfər Azərbaycan vətəndaşı Almaniyadan geri qəbul edilib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 26 noyabr tarixində Azərbaycan Respublikası vətəndaşı olan 37 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.

    Bu barədə Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

    Geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

    Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.