XƏBƏRLƏR / İctimaiyyət

Bakıya uçan Rusiya vətəndaşı təyyarə enərkən vəfat edib

Rəhmanova Esmira Məlik qızı onkoloji xəstəlikdən əziyyət çəkirmiş

Bakıya uçan Rusiya vətəndaşı təyyarə enərkən vəfat edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı hava limanında təyyarə enişi zamanı sərnişin vəfat edib.

    Rusiya Federasiyası vətəndaşı, onkoloji xəstəlikdən əziyyət çəkən Rəhmanova Esmira Məlik qızı Surqut–Bakı aviareysi ilə uçuş zamanı vəfat edib.

    Hadisə təyyarə Bakı şəhərinə eniş edərkən baş verib. Məlumata görə, Rəhmanova Esmira Məlik qızının səhhətində mövcud olan ağır xəstəlik ölümə səbəb olub.

    Faktla bağlı araşdırma aparılır.