Özünü buraxdığını elan edən qondarma “Artsax”ın sonuncu başçısı Samvel Şahramanyanın artıq Ermənistanda olduğu bildirilir.
Xəbəri TASS yayıb.
Lakin təqdim edilən fotoşəkil Xankəndi xəstəxanasında çəkilib.
Samvel Şahramanyanın Azərbaycan ərazisini tərk edərək Ermənistana keçə bildiyini qondarma “Artsaxın deputatı” olmuş Davit Qalstyan təsdiqləyib.
Xatırladaq ki, bu səhər Samvel Şahramanyanın da Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığı barədə məlumat yayılmışdı. Amma sonradan xəbər təsdiqni tapmadı.
Qeyd edək ki, TASS bundan əvvəl də Arayik Arutyunyan və digər separatçıların Ermənistanda olduğu barədə xəbər yaymışdı, lakin xəbər özünü doğrultmadı...