XƏBƏRLƏR / İctimaiyyət

SOCAR-ın Ukrayna TV-sinin antiazərbaycan süjetinə "cavabı"

Azərbaycan şirkəti İrpen şəhərində klinikanın təmirinə 1,5 milyon dollar ayırıb

SOCAR-ın Ukrayna TV-sinin antiazərbaycan süjetinə "cavabı"
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycanın dövlət şirkəti SOCAR Ukraynanın İrpen şəhərində klinikanın təmirinə 1,5 milyon dollar ayırıb, Ukrayna mətbuatı xəbər verir.

    Qeyd edək ki, ötən il SOCAR döyüşlər zamanı ciddi ziyan dəymiş 12 saylı İrpin liseyinin bərpasını maliyyələşdirib. Təhsil müəssisəsinin binasının təmiri 112 milyon qriven (təxminən 2,68 milyon dollar) təşkil edib.

    Xatırladaq ki, Ukraynanın “Freedom” dövlət telekanalı öz reportajında Bakıda keçirilən COP29 sammitini istehzalı tonla şərh edib.

    Telekanalın “ekspertlərinin” fikrincə, COP29 “yalnız BMT-nin baş katibi və Azərbaycan prezidenti tərəfindən uğurlu” adlandırılıb. Süjetdə habelə qərəzli fikirlər də yer alıb: sammit niyə “neft” ölkəsində keçirildi? təmsilçilik yetərsiz idi və s.