XƏBƏRLƏR / İctimaiyyət

Svetoforların işində problemlər yaranıb

Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb

Svetoforların işində problemlər yaranıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Hazırda Bakı şəhərində mövcud olan yağıntılı və küləkli hava şəraiti ilə əlaqədar bəzi küçə və prospektlərdə həm elektrik enerjisinin olmaması, həm də texniki səbəblərdən svetoforların işində problemlər yaranır.

    Bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırov bildirib ki, Mərkəzin əməkdaşları gücləndirilmiş iş rejimində problemin qısa müddət ərzində həll edilməsi üçün çalışırlar. Sürücülərdən svetoforların işi bərpa edilənədək ərazidəki yol nişanlarının tələbini və nizamlanmayan yolayrıcını keçmə qaydalarını əsas tutaraq hərəkət etmələri xahiş olunur.

    "Yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırma təmin ediləcək", - deyə məlumatda qeyd olunub.