XƏBƏRLƏR / İctimaiyyət

Daha üç itkin şəhid Kəlbəcərdə dəfn olunacaq

Bu barədə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat verib

Daha üç itkin şəhid Kəlbəcərdə dəfn olunacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha üç şəhid dəfn olunacaq.

    Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, iyulun 4-də hərbçi Yusif İsmayıl oğlu Əzizov, Mehman Camal oğlu Musayev və Qafar Qəmbər oğlu Qarayev Kəlbəcər şəhər qəbiristanlığında dəfn ediləcəklər.