İlham Əliyev Şimali Kiprin Prezidentinə başsağlığı verib
Xatırladaq ki, Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 8 nəfər həyatını itirib, 241 nəfər xilas olunub. 18 sərnişinin axtarışları isə davam edir
Prezident İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu göndərib:
"Hörmətli cənab Prezident,
Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.
Allah rəhmət eləsin!"
Xatırladaq ki, Girnə şəhəri sahillərində baş vermiş gəmi qəzasında 8 nəfər həyatını itirib, 241 nəfər xilas olunub. 18 sərnişinin axtarışları isə davam edir.
1 dəqiqədən az