XƏBƏRLƏR / İctimaiyyət

İlham Əliyev Qaribaşviliyə başsağlığı verdi

Şovi kurort bölgəsində baş vermiş güclü torpaq sürüşməsi nəticəsində 12 nəfər ölüb

İlham Əliyev Qaribaşviliyə başsağlığı verdi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Prezident İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşviliyə başsağlığı məktubu ünvanlayıb.

    Məktubda deyilir:

    "Hörmətli cənab Baş nazir,

    Şovi kurort bölgəsində baş vermiş güclü torpaq sürüşməsi nəticəsində insan tələfatı və irimiqyaslı dağıntılar barədə xəbər bizi son dərəcə kədərləndirdi.

    Bu faciə ilə əlaqədar dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyir, təbii fəlakətin nəticələrinin tezliklə aradan qaldırılmasını arzulayıram".