XƏBƏRLƏR / İctimaiyyət

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib FOTO

Bu barədə Prezidentin mətbuat xidməti xəbər verib

İlham Əliyev Türkiyəyə işgüzar səfərə gəlib FOTO
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə İstanbula işgüzar səfərə gəlib.

    Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı İstanbulun Atatürk Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

    Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank və digər rəsmi şəxslər qarşılayıblar. 

    Türkiyə Prezidentinin rəsmi səhifəsində yazıldığına görə, R.T.Ərdoğan Türkiyə vaxtı ilə saat 13:00-da Atatürk Hava Limanında İlham Əliyevlə görüşəcək. Qeyd edək ki, Ərdoğannın da ziyarət edəcəyi "Teknofest"’ Atatürk Hava Limanında keçiriir.