XƏBƏRLƏR / İctimaiyyət

Laçında kəllə sümüyü aşkar edildi

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib

Laçında kəllə sümüyü aşkar edildi
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Laçında insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentləri aşkarlanıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

    Qeyd edilib ki, aprelin 25-də Laçın rayonunun işğaldan azad edilmiş Bülüldüz kəndi ərazisində mühəndis-istehkam işləri aparılarkən insana məxsus olması ehtimal edilən bir ədəd kəllə sümüyü və digər sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.