XƏBƏRLƏR / İctimaiyyət

Vəhdət Partiyası qeydiyyata alınmadı

Bu barədə partiyanın sədri Tahir Kərimli məlumat verib.

Vəhdət Partiyası qeydiyyata alınmadı
Tahir Kərimli
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ədliyyə Nazirliyi təkrar qeydiyyatdan keçmək üçün müraciət edən deputat Tahir Kərimlinin sədri olduğu Vəhdət Partiyasının təqdim etdiyi üzv siyahılarını yoxlayıb.

    Bu barədə partiyanın sədri məlumat verib.

    O qeyd edib ki, partiyanın üzv siyahılarında çatışmazlıqlar aşkarlanıb və problemlərin aradan qaldırılması üçün 1 ay vaxt verilib.

    Xatırladaq ki, Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən – üzvləri olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb.

    Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

    Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, Ağ partiya, AMİP, Azadlıq, Ümid partiyaları, Ədalət, AXP, MCP, BAXCP də var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.