"Laçın" DSBM-dən 30 nəfər erməni keçdi
Onlardan 9-nun səhhətində problemlər var
Erməni əsilli şəxslərin BQXK-nın vasitəçiliyi ilə “Laçın” sərhəd-buraxılış məntəqəsindən sərbəst keçidi növbəti dəfə təmin olunub.
Bu gün bir qrup erməni əsilli şəxs Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus avtomobildə Xankəndidən gələrək, "Laçın" sərhəd-buraxılış məntəqəsindən Ermənistanın Gorus rayonu istiqamətinə maneəsiz keçib.
Erməni əsilli 30 nəfərin Azərbaycandan Ermənistana keçməsinə şərait yaradılıb. Onlardan 9-nun səhhətində problemlər var.