XƏBƏRLƏR / İctimaiyyət

FHN buzlu yollarla əlaqədar piyadalara tövsiyə verib

"Sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin"

FHN buzlu yollarla əlaqədar piyadalara tövsiyə verib
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Yolların buz bağlaması ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi piyadalara tövsiyə edib.

    Tövsiyədə deyilir:

    - ayaqqabınızı sürüşməyə qarşı hazırlayın – ayaqqabının dabanına metal basma, quru altlığa isə yapışqan plastır, yaxud izolyasiya lenti yapışdırın. Altlığı qum və ya sumbata kağızı ilə sürtün;

    - ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət edin. Bu zaman ayaqlar azca zəiflədilmiş, əllər boş olmalıdır;

    - yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur;

    - sürüşsəniz, zərbənin gücünü azaltmaq ücün oturun;

    - yıxılanda özünüzü toparlayın,qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun;

    - sürüşərək zədə almısınızsa, təcili tibbi yardıma müraciət edin.