Erməni əsilli 150 nəfərdən çox "Laçın" DSBM-dən keçdi
Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir
Xankəndidən gələn erməni əsilli şəxslərin “Laçın” buraxılış məntəqəsindən Ermənistana növbəti keçidi təmin edilib.
Bu gün Xankəndidən gələn erməni əsilli 150 nəfərdən çox "Laçın" sərhəd-buraxılış məntəqəsindən Gorus istiqamətinə keçməsi gözlənilir.
Həmin şəxslərin sənədləri və əşyaları yoxlanılıb, bundan sonra sərbəst keçidlərinə imkan yaradılıb. Sərhəd-buraxılış məntəqəsindən keçərək Ermənistana gedənlər arasında Ermənistan və Rusiya vətəndaşlarının da olduğu bildirilir.
Onlardan 100 yaşlı Lesmonya Arstanyanın məntəqədən sərbəst keçidinə şərait yaradılıb.