Ermənilərin sərbəst keçidinə şərait yaradıldı
“Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər
Bu gün Xankəndi-Gorus istiqamətində Qarabağın erməni sakinlərinin “Laçın” sərhəd-buraxılış məntəqəsindən növbəti keçidi baş tutub.
Qarabağın erməni sakinləri bu gün də qeyd olunan istiqamətdə sərhəd-buraxılış məntəqəsindən maneəsiz şəkildə Ermənistana keçiblər.
Belə ki, Xankəndi-Gorus istiqamətində ümumilikdə BQXK-ya məxsus doqquz nəqliyyat vasitəsi, 30 nəfər şəxsin (onlardan üç nəfəri BQXK-nin üzvü, doqquz sürücü, 10 xəstə, yeddi müşayiətçi, bir tibb işçisi) Laçın DSBM-dən keçidi təmin olunub.
Qeyd edək ki, “Laçın” sərhəd-buraxılış məntəqəsindən erməni əsilli şəxslər heç bir maneə ilə üzləşmədən günün istənilən saatında istifadə edə bilirlər. Onların nəzarət-buraxılış məntəqəsindən rahat keçidi üçün hər bir şərait yaradılıb.