Çərkəz xalqının nümayəndəsi Azərbaycana təşəkkür edib
Rüstəm Xuajev Rusiya-Qafqaz müharibəsi zamanı çərkəz xalqının soyqırımının Şuşada gündəmə gətirildiyini yüksək qiymətləndirib
Almaniyadakı Azad Millətlər Liqasının Rəyasət Heyətinin üzvü və əslən çərkəz olan Rüstəm Xuajevin videomüraciəti World Circassian Agency (Dünya Çərkəz Agentliyinin) YouTube kanalında dərc edilib. Müraciətdə 6 iyul 2026-cı ildə Şuşada keçirilən "Mədəni və Etnik Müxtəliflik: Tarixin Dərsləri və Müasir Çətinliklər" adlı beynəlxalq konfransın nəticələrinə diqqət yetirilib.
"Biz Şuşaya açıq vizyon və aydın, qanuni bir məqsədlə getdik: tarixi ədalətin tanınmasını - Rusiya-Qafqaz müharibəsi zamanı çərkəz xalqının soyqırımının və vətənimizdən zorla qovulmamızın tanınmasını təşəbbüs etmək və irəli aparmaq. Və əminliklə deyə bilərəm ki, səsimiz eşidildi".
Xuajevin sözlərinə görə, konfrans Azərbaycanla gələcək əməkdaşlıq üçün bir yol müəyyənləşdirməyə kömək edib. O, Azərbaycanın yüksək beynəlxalq nüfuza malik olduğunu və Prezident İlham Əliyevin mövqeyinin Azərbaycan və Çərkəz xalqları arasında münasibətlərin daha da inkişafına ümid yaratdığını vurğulayıb.
1 dəqiqə