XƏBƏRLƏR / İctimaiyyət

Bakıdan Xankəndi erməniləri üçün humanitar yük yola salındı

Humanitar karvan Ağdam-Xankəndi yolu ilə hərəkət edəcək YENİLƏNİR

Bakıdan Xankəndi erməniləri  üçün humanitar yük yola salındı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 12:30

    Bakıdan Xankəndiyə yola salının humanitar yük avtomobilləri Ağdama doğru irəliləyir.

    Unla yüklü iki avtomobil hazırda Hacıqabul rayonu ərazisindədir.

    Qeyd edək ki, 40 ton un yüklənmiş humanitar yardım avtomobillərinin Ağdam-Xankəndi yolu ilə hərəkət etməsi planlaşdırılır.

    ***

    Bakıdan Xankəndidə yaşayan erməni əsilli sakinlər üçün iki maşın humanitar yük yola salınıb.

    Bu barədə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin sədri, millət vəkili Novruz Aslan məlumat verib.

    Onun sözlərinə görə, ilkin mərhələ üçün 40 ton un məmulatları göndəriləcək:

    “Ümid edirik ki, bu addım Xankəndidə yaşayan ermənilər və beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanacaq. Gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsək, onların digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərik.

    Bizim Qızıl Aypara Cəmiyyətinin rəhbər işçiləri və könüllüləri səfərbər olublar. İlkin mərhələdə 40 ton un məmulatlarının göndərilməsi nəzərdə tutulub. Təbii ki, bundan başqa da ləvazimatlar, əməkdaşlarımızın fəaliyyəti üçün çadırlar, texniki vasitələr nəzərdə tutulub. Orada gedən proseslərə diqqətlə yanaşacağıq. Bu, bir nümayişdir. İnanıram ki, bu addım həm ictimaiyyət, həm beynəlxalq aləmdən, həm də Xankəndidə məskunlaşmış erməni əhali tərəfindən də müsbət qarşılanacaq”, - Novruz Aslan deyib.