XƏBƏRLƏR / İctimaiyyət

Ədalət Partiyası yeni sədr seçəcək

Bu barədə partiya sədrinin müavini Mütəllim Rəhimli bildirib

Ədalət Partiyası yeni sədr seçəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Ədalət Partiyasının qurultayı keçiriləcək.

    Bu barədə Ədalət Partiyası sədrinin müavini Mütəllim Rəhimli bildirib.

    Mütəllim Rəhimli deyib ki, yaxın günlərdə Ədalət Partiyasının qurultayı ilə bağlı partiya rəhbərliyi toplaşaraq qərar verəcək: “Yeni sədrimizi qurultay seçəcək”.

    Qeyd edək ki, bu il fevralın 17-də Ədalət Partiyasının sədri İlyas İsmayılov 87 yaşında vəfat edib.