XƏBƏRLƏR / İctimaiyyət

Siqhlərə və müstəmləkə zülmü altında olan xalqlara dəstək

BİG icraçı direktoru Abbas Abbasov bildirib ki, təmsil etdiyi təşkilat siqh müqavimətinə fəal dəstəyini davam etdirəcək FOTO

Siqhlərə və müstəmləkə zülmü altında olan xalqlara dəstək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bakı Təşəbbüs Qrupunun (BİG) icraçı direktoru Abbas Abbasov bildirib ki, təmsil etdiyi təşkilat siqh müqavimətinə, eləcə də hələ də müstəmləkə zülmü altında olan xalqlara qətiyyətli və fəal dəstəyini davam etdirəcək.

    O, bu açıqlamanı martın 13-də İsveçrənin Cenevrə şəhərində açılan və BMT İnsan Hüquqları Şurasının 61-ci sessiyası çərçivəsində keçirilən “Hindistan hökumətinin transmilli repressiyalarına qarşı mübarizə. Siqh müqaviməti və BMT” adlı beynəlxalq konfransdakı çıxışı zamanı verib.

    Vurğulamaq lazımdır ki, Hindistan hökuməti tərəfindən təqib edilən siqhlərin problemləri məhz BTQ-nin səyləri ilə ilk dəfə BMT səviyyəsinə çatdırılıb.