XƏBƏRLƏR / İctimaiyyət

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev həbs olunub

YENİLƏNİB

Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev həbs olunub
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 16:04

    Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə təqdimat daxil olub.

    Bu gün Xətai rayon Məhkəməsində hakim Sülhanə Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə istintaq orqanının verdiyi təqdimat təmin olunub və Hacı Vəliyev barəsində 22 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (Xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) və 186.1-ci (Özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

    ***

    11:55

    Gənc Qazilər Birliyinin sədri Hacı Vəliyev saxlanılıb.

    O, barəsində olan cinayət işi ilə əlaqədar saxlanılıb.

    Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Hacı Vəliyev barəsində olan xuliqanlıqla bağlı cinayət işinin istintaqı ilə əlaqədar olaraq saxlanılıb.