XƏBƏRLƏR / İctimaiyyət

Diaspora rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb

Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtar Assosiasiyasının sədri Bəxtiyar Həsənovun vətəndaşlığı ləğv edilib

Diaspora rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan diaspor təşkilatının rəhbəri Rusiya vətəndaşlığından çıxarılıb.

    Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtar Assosiasiyasının sədri Bəxtiyar Həsənovun Rusiya vətəndaşlığı ləğv edilib. Onun 2000-ci illərdə Rusiya vətəndaşlığını aldığı bildirilir.

    Rusiyanın "Telegram" kanallarının məlumatına görə, buna səbəb kimi güya onun “qeyri-qanuni miqrasiya və saxta malların ört-basdır edilməsi də daxil olmaqla, kölgəli sxemlərlə uzun müddətdir əlaqələri” göstərilir.

    Həsənov 2022-ci ildə Moskva Azərbaycanlılarının Milli Mədəni Muxtar Assosiasiyasının sədri seçilib.

    Həsənovun özü isə bu cür xəbərləri yalan hesab edir. O, iddia edir ki, həqiqətən də araşdırma aparılır, lakin onun vətəndaşlığından məhrum edilməsindən söhbət getmir.