XƏBƏRLƏR / İctimaiyyət

Milli Qəhrəman Çingiz Mustafayevin yaşadığı ev sökülməyəcək

Bu barədə Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidməti məlumat verib

Milli Qəhrəman Çingiz Mustafayevin yaşadığı ev sökülməyəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Qəhrəman Çingiz Mustafayevin vaxtilə yaşadığı ev Mədəniyyət Nazirliyinin yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət xidmətinin 33 yeni aşkar edilmiş abidələr siyahsısındadır.

    Bu barədə Dövlət xidmətindən məlumat verilib.

    Bildirilib ki, sözügedən mənzil sökülməyəcək.

    Qeyd edək ki, Murtuza Muxtarov, 23 ünvanında yerləşən, üzərinə Çingiz Mustafayevin barelyefi vurulmuş mənzilin yanında yerləşən tikilinin söküldüyü, sözügedən mənzilin isə təhlükəli vəziyyətdə olması ilə bağlı sosial şəbəkələrdə məlumat yayılıb. (APA)