XƏBƏRLƏR / İctimaiyyət

Şahzadəni təcavüzdə ittiham edən V.Cuffre intihar edib

Bu barədə "BBC" xəbər verib

Şahzadəni təcavüzdə ittiham edən V.Cuffre intihar edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Britaniya şahzadəsi Endryunu cinsi təcavüzdə ittiham edən amerikalı Virciniya Cuffre intihar edib.

    Bu barədə "BBC"məlumat yayıb.

    “Ömrü boyu cinsi istismar və insan alverinin qurbanı olmuş Virciniya Cuffre intihar edib”, – deyə məlumatda qeyd olunur.

    2021-ci ildə Cuffre Britaniya kralı III Çarlzın kiçik qardaşı, York hersoqu şahzadə Endryu barəsində məhkəməyə müraciət etmişdi. O, 17 yaşında olarkən amerikalı maliyyəçi Ceffri Epşteyn tərəfindən müxtəlif kişilərlə, o cümlədən şahzadə Endryu ilə cinsi əlaqəyə girməyə məcbur edildiyini bildirmişdi.