Azərbaycan Ukraynaya növbəti humanitar yardımını göndərdi
Bu barədə Energetika Nazirliyindən məlumat verilib

Azərbaycan Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq, Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi Sumqayıt Texnologiyalar Parkından yola salınıb.
Bildirilib ki, 25 TIR-dan ibarət yük avtomobili karvanı ilə yola salınan humanitar yardıma 677 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 22 ədəd komplekt transformator məntəqəsi daxildir.
Qeyd edək ki, ümumi məbləği 7,6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri 2023-cü ilin 30 oktyabr, 21 noyabr və 8 dekabr tarixlərində Ukraynaya göndərilib.